Sosial
05.10.2015 / 13:55

Qaradağ rayonunda "Müləllimlər günü" ilə bağlı tədbir keçirilib

Qaradağ rayonunda "Müləllimlər günü" ilə bağlı tədbir keçirilib Oktyabrın Qaradağ Rayonunun Sahil qəsəbəsindəki “Xəzri” Şadlıq sarayında İcra Hakimiyyəti tərəfindən 5 oktyabr - Beynəlxalq Müəllimlər gününə həsr olunmuş ümumrayon tədbiri keçirilmişdir.

Rayon İcra Hakimiyyətinin aparatı, rayonun təhsil müəssisələrinin rəhbərləri və qabaqcıl təhsil işçilərinin qatıldığı tədbiri giriş sözü ilə açan Rayon İcra Hakimiyyətinin Başçısı cənab Süleyman Mikayılov zəngin maarifçilik ənənələri olan Qaradağda elmə, təhsilə daim yüksək münasibət bəslənildiyini bildirmiş, müəllimlik sənətinin tarixən cəmiyyətin ən şərəfli peşələrindən biri olduğunu xüsusi vurğulamışdır. Azərbaycanda müəllim əməyinə və şəxsiyyətinə daim yüksək qiymət verildiyini bildirən natiq, müstəqil Azərbaycanın gələcəyinin məhz müəllim əməyinin düzgün təşkilindən, gənc nəslin təlim-tərbiyəsi işinə göstərilən qayğıdan daha çox asılı olduğunu qeyd etmişdir. Ölkədə təhsilə münasibətin ciddi şəkildə dəyişdiyini bildirərək, ulu öndərimiz Heydər Əliyevin təhsilə və təhsil işçilərinə göstərdiyi diqqət və qayğıdan danışmış, dahi rəhbərimizin müdrik siyasətini bu gün Respublikanın Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulamışdır.

Qeyd olunmuşdur ki, ali məktəblərə bu il 913 nəfər sənəd vermiş, onlardan 516 nəfəri tələbə adını qazanmışdır.

Qaradağ rayonunda təhsil sahəsində əldə edilən nailiyyətlər ilbəil artır. Bu il 26 şagirdimiz 600-dən yuxarı bal toplayaraq respublikamızın qabaqcıl ali məktəblərinə daxil olmuşlar.
Bakı şəhərində cəmi 17 məktəbin şagirdləri qızıl medalla təltif olunmuşdur ki, onların arasında 288 nömrəli məktəbin şagirdi Mirzəyeva Sara Həsən qızı da vardır.
Yüksək diqqətə görə rayonun təhsil işçiləri adından dövlətimizin başçısına dərin minnətdarlığını bildirən S.Mikayılov, məktəblərin infrastrukturunun yeniləşməsi sahəsində Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın Azərbaycan təhsilinin inkişafında, onun maddi-texniki bazasının möhkəmləndirilməsindəki xidmətlərini yüksək qiymətləndirərək xüsusi qeyd etmişdir.

Sonra Rayon İcra Hakimiyyətinin başçısı müəllimləri əlamətdar bayram münasibətilə təbrik etmiş, yetişməkdə olan gənc nəslin təlim-tərbiyəsi işində onlara daha böyük uğurlar arzulamışdır.
Təhsildə fərqlənən qabaqcıl müəllimlər Qaradağ Rayon İcra Hakimiyyətinin fəxri fərmanları və qiymətli hədiyyələri ilə mükafatlandırılmışlar.

İnform.az

Baxış sayı: 548