Dünya
03.10.2015 / 20:44

Obama Rusiyaya Suriyada uğur dilədi

Obama Rusiyaya Suriyada uğur dilədi
Suriya Prezidenti Bəşər Əsəd gec-tez gedəcək.
İnform.az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Barak Obama Ağ Evdə təşkil edilən mətbuat konfransında deyib. O, Suriya böhranı məsələsində Rusiya ilə işləməyə hazır olduqlarını bildirib:
“Rusiyanın Suriyada apardığı əməliyyatlarda müvəffəqiyyətli və beynəlxalq arenada məsuliyyətli olmasını istəyirik. Suriyadakı hadisələr ABŞ-ın bölgədəki və Avropadakı müttəfiqləri üçün böyük problemlər yaradır. Yalnız hərbi müdaxilə ilə bu problem həll edilə bilməz. Əsəd gec-tez gedəcək. Bundan əminik. Çünki Suriya xalqı onu istəmir. Rejim yalnız Rusiya və İranın dəstəyi sayəsində ayaqda qalır. ABŞ Suriyada siyasi həll üçün Rusiya ilə birlikdə işləməyə hazırdır. Mən bunu Nyu Yorkda Vladimir Putinə də dedim. Rusiya Suriyada yalnız Əsəd və İran ilə əməkdaşlıq edir. Putinin koalisiyası İran və Əsəddən ibarətdir. Dünyanın qalan hissəsi isə bizim koalisiyadadır”.
Qeyd edək ki, Rusiya sentyabrın 30-dan etibarən Suriyada İŞİD-ə qarşı hərbi əməliyyatlar aparır.

Baxış sayı: 395