Şərhlər
03.10.2015 / 15:10

Avamlığın acizliyi

Avamlığın acizliyi
Xanəmir TELMANOĞLU / İnform.az

Ey dili qafil fil faili məchul fani f...

Bu günlərdə Türkiyəli sənətkar Yılmaz Ərdoğanın “Viziyontele“ filmini yenidən seyr etməli oldum. Filmin qısa məzmunu bundan ibarətdir ki, Türkiyənin Van bölgəsinin ucqar bir qəsəbəsinə ilk dəfə televiziya gətirilir. Burdakı insanların texnologiyaya qarşı avamlığı üzərində qurulmuş filmdə, ucqar qəsəbədə bir çox hadisələr baş verməyə başlayır. Qəsəbə bələdiyyə başqanlığının öndərliyində bir məkan çərçivəsində baş verən bir-birnin ardınca maraqlı detallar üzərində cərəyan edən hadisələr tarix olaraq Türkiyənin Yunanstanla qarşıdurma dönəminə təsadüf edir. Bu zaman bələdiyyə başqanının oğlu hərbi xidmətə yollanır. Qəsəbədə isə texnologiyadan az-çox başı çıxan varsa, o da bir nəfərin sayəsində filimdə canlılıq qazanır. Ancaq bir məsələ var ki, ssenarinin mahiyyəti gərəyincə, bu texnologiyayla azacıq da olsa davrana bilən şəxs də olduqca avam və bir az da qəsəbə əhli tərəfindən qeyri-ciddi qarşılanan tənha yaşayan, bir az da səyliyi olan şəxsdir. Sözsüz ki, bu şəxsin avam və “dəli” olmsı filmin mövzusuna rəng qatmaq və hadisələrə katalizatorluq missiyası yükləməsi baxımından maraqlıdır. Sonda nələr olur. Heç bir kəsin televiziyayla davrana bilməməsi hər kəsi, eləcə də bələdiyə sədrini dəlinin, ipləməmin üzərinə yönəldir. O, bir zamanlar radio düzəltməklə məşğul olsa da, hamı kimi ilk dəfə bu cihazın qarşısında matı-qutu qurumuş qalır. Özünü bilən kimi göstərəsə də, bir neçə dəfə gülüş obyektinə çevrilir. Hətta bəzilərinin dəhşətli lağlağasından xeyli bunalsa da, öz bildiyindən əl çəkmir. Nəhayət, belə qərara gəlir ki, televiziyanın göstərməsi üçün dağa çıxmaq lazımdır. Elədə də edilir. Bütün qəflə-qatır hazırlıq işlərini görərərək bələdiyə sədrinin başçılığıyla dağa çıxılır. Orda da cəhdlər olunur. Qəfildən bir zamanlar qəsəbə görəvlilərinin birisinin düyməyə toxunması sayəsində televizor xışıldayır və farsca danışıqlar üyüdülməyə başlayır.Yenə də dalğa itir. Sonucda sabaha qədər gözləyirlər və qəfildən televiziya göstərməyə başlayır.
Bu arada Kipr savaşı başlayır və TRT kanalından xəbərlər yayımında şəhid düşən əsgərlər içində bələdiyyə sədrinin də oğlu göstərilir ekranda. Hamı donur bir anlıq. Ana o qədər qəzəblənir ki, sonda televiziyanı dəliyə verib dağa çıxır və orda məzar qazdırıb cihazı dəfn edir, üzərini torpaqlayır.
Bu filimdə bir neçə detalın üzərində durmaq gərəkdiyinin vacibliyini anlayıram. Müəllif bu filmdə türklərlə yunanların savaşını yabançıların, xristian, Avropa dünyasının başlatdığını, elə bu üzdən də bu cihazdan verilən xəbərin də məhz onlara aid olduğunu vurğulayır. Bu texnologiya gəlmə olduğu kimi, o xəbər də, o faciələr də gəlmələrin məhsuluydu. Ekrandan o dönəmin baş naziri Bülənt Əcəvitin profildən sifətinin verilməsi və Əcəvitin Yavuz Sultan Səlimin rəsminə də eynən bənzəməsi Osmanlıya, keçmişə, tarixi bir dönəmə göndərmə olmaqla yanaşı, 1974-cü ildə türklərin yunanlarla Kipr üzərindəki savaşının mahiyyətini də açıb gıstərir.Demək istəyir ki, bu torpaqlar şəhidlər hesabına qzanılıb və bu ənənə bu gün də davam edərək qələbəylə sonuclanmalıdır.
Filmdəki qəsəbənin avamlıq sindromu düşündürücüdür. Müəllif elə bir yeri məkan seçib ki, bu məkan Van olaraq bir coğrafiya kimi bir çox etnik kimliklərə qucaq açır. Lazı, kürdü, türkü, çərkəzi, yunanı, yəhudisi bir arada bulunaraq ortaq dəyərlərlə yaşayan belə bir yurdda, yalnız təhsillə qurtulmaq mümkündür. Tükiyəni bu gün bu kökə salan da ucqarlarda təhsilin, sosial vəziyyətin son dərəcə ağır olmasıdır. Cahillik ucbatından bu yerlərin insanları televiziyanı dağa qaldırdığı kimi, özlərini də silahlandırıb dağa qalxır və terrorist olurlar. Özləri-özlərini, qardaş-qardaşı qırmaqla uğraşır. Hansı ki bu dağlar bir zamanlar mədəniyyət daşıyıcılığı missiyasını yerinə yetirb. Dağlar şərqin kosmik, ilahi energetikasının daşıyıcılığını bu insanalara məharətlə ötürüb nə vaxtsa. Bu dağların simasında peyğəmbərlər belə dağlarda tənhalığa çəkilib və topluma hüzur, barış, sevgi, eşq gətirib. Bu gətirilən pay, bu müjdə mədəniyyətə keçərək etnosları irəliyə aparıb, fəthlərə təhrik edib. İmperiyalara sövq edib, qovuşdurub. İndi bu dağlar cahillik ucbatından qaçaqlara, quldurlara, baş kəsənlərə dış güclərin təhrikiylə yuva olub.
Eləcə də ananın öz qisasını televiziyadan onu dağda basdırmaqla alması, filmdə verilən mesaja yeni bir rəng, çalar qazandırır. Televiziya çağdaş dünyanın hər hansı bir toplumda bilgəsi, kahini, ağsaqqalı, hər gün yeni müjdə verəni, öndəridir. Türk etnosu törəyə bağlıdır. Onun başbiləni, müjdəçisi kənardan gəlməməlidir. Gəldiyi təqdirdə şər gətirəcəkdir. Televiziya kimi. Bu texnologiya da türk xalqının varlığından qopmalı, içərisindən çıxmalı, öz içindən doğulub ona hər hansı müjdəni-pis ya yaxşı – verməlidir. Televiziya gələcəkdə kimə nə qazandıracaq, necə özününküləşəkcək bu başqa bir mövzudur. Ancaq filmdəki konkret detalllara dayanaraq demək olar ki, bir cəmiyyətə verilən hər türlü müjdə, xəbər onun qaynaq olaraq içindəkindən, özündən çıxmalı yayımlıdır. Elə o sarıdan Avropanın elmi nailiyyəti kimi ün salan televiziya da türk cəmiyyətinə kənardan gəldiyindən, bu şər xəbərlə, savaş və şəhidlər- qisas alınmalı, o yerlərə soxulmalıydı. Bu ananın obrazında şüuraltı olaraq reallığa meydan oxuyan detallardan biridir bu məqam.

Baxış sayı: 548