Maraqlı
03.10.2015 / 14:26

Yataraq arıqlamağın qaydaları

Yataraq arıqlamağın qaydalarıArtıq çəkidən əziyyət çəkən və yataraq arıqlamaq istəyən şəxslər yəqin ki, kifayət qədərdir. Mütəxəssislərin araşdırmalarına görə, yuxuda olarkən də arıqlamaq mümkündür.


Bunun üçün yatmazdan əvvəl əzələlərinizi işlətmək və yağ əritmək üçün əməl etməli olduğunuz bəzi qaydalar var.

1. Qaranlıqda yağ əritməyə kömək edən melatonin hormonu əmələ gəlir. Buna görə, bacardığınız qədər qaranlıq otaqda yatın. Yaxud da gözlərinizi nə iləsə bağlamağınız məsləhətdir.

2. Yeməyinizi nə qədər tez yesəniz o qədər də tez həzm edəcəksiniz. Buna görə də, axşam 7-dən sonra əsla yemək yeməyin.

3. Gecə acma ehtimalı olduğundan bacardığınız qədər tez yatın.

4. Axşam yeməyindən sonra xəfif tempdə idman edin. Bu, həm yatarkən əzələlərinizin işləməsinə, həm də gümrah olmağınıza səbəb olacaq.

5. Bədən soyuq havada daha çox kalori yandırır. Çox isti otaqlarda yatmayın.

6. Protein çox gec həzm olur. Gecə yatanda hərəkətsiz qalacağınız üçün həzm prosesi lap zəifləyir. Axşam yeməyində protein tərkibli yeməklərdən qaçın.

İnform.az

Baxış sayı: 352