Mədəniyyət
03.10.2015 / 12:40

“Top Resa 2015”də təqdimat

“Top Resa 2015”də təqdimatXəbər verdiyimiz kimi, Fransanın Paris şəhərində keçirilən "Top Resa 2015" beynəlxalq turizm sərgisində Mədəniyyət və Turizm Nazirliyi və "Geo Travel", "Gilan Travel", "SW travel" turizm şirkətləri iştirak edir. Sərgi çərçivəsində Azərbaycan turizm imkanlarının Fransada təbliğ edilməsi və fransız turistlərinin ölkəmizə cəlb edilməsi məqsədilə "İnterface Tourism" və "MN Organisation" şirkətləri ilə görüş keçirilmiş və Azərbaycanın turizm potensialının bu ölkədə təbliğ edilməsi imkanları müzakirə edilib.
Bununla yanaşı, "Top Resa" beynəlxalq turizm sərgisində iştirak edən turizm şirkətləri tərəfindən Fransa bazarı üçün hazırlanmış xüsusi proqramlar ziyarətçilərə təqdim edilib.
Belə ki, "SW Travel" şirkətinin "AZAL" QSC ilə əldə etdiyi razılaşmaya uyğun olaraq 3 günlük sərfəli proqramlar hazırlanmış və yerli turistlərə təklif edilib.
"Geo travel" turizm şirkətinin təqdim etdiyi və fransız turistlərin diqqətini cəlb edilən "Aleksandr Duma Qafqazda" beynəlxalq turizm marşrutu ziyarətçilər tərəfindən böyük marağa səbəb olub.
"Gilan Tourism" şirkəti tərəfindən isə turistlərə "Qafqaz" otellər şəbəkəsində xüsusi endirimli proqramlar təqdim edib.
Qeyd edək ki, 4 gündür davam edən "Top Resa 2015" sərgisi bugün öz işini başa çatdıracaq.

Aysel TALIBQIZI / İnform.az

Baxış sayı: 295