Dünya
03.10.2015 / 12:22

Fransa və Almaniya liderləri birgə çıxış edəcəklər

Fransa və Almaniya liderləri birgə çıxış edəcəklər Fransa prezidenti Fransua Oland və Almaniya Kansleri Angela Merkel oktyabrın 7-də Strasburqda Avropa parlamentariləri qarşısında çıxış edəcəklər.

məlumata görə, onlar Avropada aktual olan məsələlər barədə danışacaq, siyasi qrup liderləri ilə müzakirələr aparacaqlar.

Xatırladaq ki, bu, son 26 ildə Fransa və Almaniya liderlərinin AP-də ilk birgə çıxışıdır. Sonuncu dəfə 1989-cu ilin noyabrında Fransa prezidenti Fransua Mitteran və Almaniya kansleri Helmut Kol “Soyuq müharibə”nin bitməsini AP üzvləri ilə müzakirə ediblər.

F.Holland və A.Merkel növbəli şəkildə çıxış edəcəklər. Daha sonra onlar birlikdə AP üzvlərinin suallarını cavablandıracaqlar.

İnform.az

Baxış sayı: 338