Baş xəbər, Sağlamlıq
03.10.2015 / 11:25

Yeməli dərmanlar

Yeməli dərmanlarBelə deyirlər ki, sağlamlığı pul ilə almaq mümkün deyil. Amma o da var ki, çox az bir məbləğə sağlamlığı artıran, limon, soğan, sarımsaq almaq mümkündür. Əslində bunlar bizim sağlamlığımıza ciddi təsir göstərən unikal müalicəvi xüsusiyyətlərə malikdir. Soyuqdəymə və qrip mövsümündə limonun əvəzi yoxdur!
Limonu bəzən bütün meyvə və tərəvəzlərin kralı adlandırırlar. Hələ XI əsrdə yaşamış məşhur loğman İbn-Sina limonu ürək xəstəlikləri zamanı ən yaxşı dərman hesab edirdi, Çində isə bu meyvədən sinqa xəstəliyinin profilaktika və müalicəsində istifadə edirdilər. Lakin avropalıların limon ilə tanışlığı XVIII əsrin əvvəllərinə təsadüf edir. Bu gün isə bütün dünyada limon qrip və soyuqdəymə xəstəlikləri mövsümünün bir nömrəli şəfasıdır: o, qrip mikrob və viruslarını, həmçinin daha 20 növ xəstəliktörədici bakteriyanı məhv edir. Buna görə də limonlu su və ya çay, xüsusən də cökə, moruq çayları kimi tərqovucu çaylara əlavə edilən limondan bu sayaq sadə istifadə soyuqdəyməni orqanizmdən çıxarmağa qabildir.
• Soyuqdəymənin ilk əlamətləri özünü göstərən kimi limonad hazırlamağı tövsiyə edirik. Bunun üçün bir limonu xırda doğrayıb üstünə 2 stəkan qaynar su əlavə edib. 20 dəqiqə gözləyin və ona şəkər qatmayın. Sonra bu içkini bir saat ərzində için.
• Güclü öskürək zamanı limon əsasında yaradılmış növbəti dərman kömək edər. Bu vasitəni hazırlamaqdan ötrü bir limonu vam odun üstündə 10 dəqiqə suda bişirin. Sonra onu kəsib şirəsini stəkana sıxın. Üstünə 2 xörək qaşığı qliserin əlavə edib, yaxşıca qarışdırın və stəkan dolanadək bal əlavə edin. Təzədən hamısını qarışdırın. Güclü və tez-tez təkrarlanan öskürək tutmalarıları zamanı bu qatışığı gündə 3 dəfə yeməkdən əvvəl, həmçinin gecə yatmazdan əvvəl 2 çay qaşığı qəbul etmək lazımdır. Əgər öskürək güclü, amma gec-gec narahat edir və qurudursa, - yeməkdən əvvəl və sonra, mütləq gecə yatmazdan əvvəl 1 çay qaşığı qəbul etmək lazımdır. Bu qatışığı öskürək azalanadək qəbul etmək lazımdır.
• Qrip epidemiyası zamanı sağlamlığı qorumaq üçün limonlu yağ məsləhət görülür. Bu yağı belə hazırlayırlar: limonu 1 dəqiqəliyə qaynar suya salıb çıxarır, sonra tumlarını çıxarıb qabıqlı halda ətçəkən maşında çəkir, süd qatılmadan hazırlanmış 100 qram marqarin yağı və 1-2 xörək qaşığı kişmiş əlavə edilir. Bu məhsulu adi yağ kimi soyuducuda saxlamaq lazımdır. Epidemiya zamanı profilaktika məqsədilə gündə 6-8 fal qara çörəyin üstünə limonlu yağ yaxıb yemək lazımdır.
• Xəstə ilə təmasda olarkən qripdən qorunmaq üçün bir dilim limonu ağzınızda saxlayıb güclü tüpürcək ifrazı kəsilənədək onu dilinizlə o yan-bu yana hərəkət etdirin.
• Əgər artıq qripə yoluxmusunuzsa, o zaman belə bir reseptdən istifadə edin: üç dənə limonu soba şkafına qoyub yumşalanadək saxlayın. Sonra onların şirəsini sıxıb, 2 xörək qaşığı bal və konyak əlavə edib, üstünə 0,25 ml qaynar su əlavə edib, bunu isti halda xırda qurtumlarla için. Yaxşı olar ki, əvvəlcə dərman bitkiləri (dazıotu, tozağacı yarpağı, kəndəlaş və ya cökə çiçəyi) əlavə edilmiş vanna qəbul edəsiniz. Bu prosedurlardan sonra mütləq isti yatağa uzanın. Xəstəliyin ağırlığından asılı olaraq, bu proseduru 3-6 gün ərzində təkrar etmək lazımdır.
• Zökə, sinusit, rinit zamanı gündə 5-6 dəfə buruna bir neçə damcı limon şirəsi damızdırmaq xeyirdir.

Arzu ƏLƏSGƏROVA / İnform.az

Baxış sayı: 833