Şərhlər
03.10.2015 / 11:17

Fedon

Fedon (Müdriklər və korifeylər silsiləsindən)
Əlisa NİCAT / İnform.az

(Əvvəli burada)
-Elədir Sokrat, mənə elə gəlir ki, bu mənim səninlə razılaşdığımız bütün məsələlərdən doğan zəruri bir dəlildir.
Kebet dedi:
-Amma budur Kebet, özün fikir ver, zənnimcə bizim razılığa gəldiklərimizin əbəs olmadığına dair daha bir müsbət dəlil: Əgər əmələ gələn əksiliklər daim bir-birləri ilə tarazlaşdırmayıb, sanki dairə vurmasaydılar, əgər yaranma düz xətlə, yalnız bir istiqamətdə getsəydi və heç vaxt geriyə, əks tərəfə dönməsəydi özün başa düşürsən ki, hər şey əvvəl-axır eyni bir obraz, eyni bir xüsusiyyət alardı və yaranma tükənmiş, dayanmış olardı. (Görünür Nitşenin "Əbədi qayıdış" nəzəriyyəsi də burdan qaynaqlanır, - Ə.N.).
-Yox, başa düşmədim. Bu necə olur?- Kebet soruşdu.
-Bəli çox sadə,- Sokrat cavab verdi. Təsəvvür etsən ki, ancaq yatmaq var, yuxudan oyanma onu əsla tarazlaşdırmır, onda çox aydın dərk edərsən ki, endimione haqqında rəvayət selenin (Yəni ayın) sevgilisi latis dağında əbədi yuxuya dalırsa onda qədim təfsirçilərin "latis" sözünün etimologiyasının "Unutmaq" kimi yozmaları tamam mənasını itirib cəfəngiyyat olardı, ona görə ki, bütün başqaları da eləcə yuxuya qərq olardılar və əgər hamı ayrılmağa son qoyub yalnız birləşsəydilər və eləcə dostum Kebet, əgərçi həyata aidiyyatı olanların hamısı ölsəydilər və ölüb ölü kimi də qalaraq yenidən dirilməsəydilər, məgər aydın deyilmi ki, əvvəl axır hamı ölüyə çevrilər və həyat yox olardı? Və əgər canlılar hətta başqa bir şeydən əmələ gəlsəydilər və sonra hər halda yenə ölsəydilər, hansı yolla ümum bəşəri ölümdən və məhvolmadan yayınmaq olardı?
-Düşüncəmə görə heç bir yolla, Sokrat, - Kebet dedi, - mənə görə mühakimələrin tamamilə düzdür.
-Bax eləcə mənə də elə gəlir ki, Kebet, məsələ məhz bu cürdür və biz razılığa gəlməklə qətiyyən bir-birimizi aldatmırıq. Həqiqətən də dirilər ölülərdən əmələ gəlir. Ölənlərin ruhu var və onların xeyixahlarını yaxşı qismət, pislərini isə, pis qismət gözləyir.
-Bura bax Sokrat, - Kebet əlavə etdi, - sənin fikirlərini daha bir dəlildə təsdiq edir. Əgərçi sənin dönə-dönə təkrar etdiyin bir fikir,- yəni məhz hər cür bilik əslində xatırlamadan başqa heç nə deyil. Biz indi nəyi isə yada salırıqsa onu biz əvvəldə bilmiş olmasaydıq, bax sən deyən zərurət həm də bu dəlildən doğur, lakin bu xatırlama mümkün olmasaydı, əgər ruhumuz insan şəklində doğulmazdan əvvəl hardasa mövcud olmasaydı. Deməli yenə belə çıxır ki, ruh ölməzdir.
-Amma bəs bu necə sübut olunur,- Kebet,- Simmy söhbətə qarışdı,- yadına sal çünki mən nəsə unutmuşam.

Baxış sayı: 496