Sosial
03.10.2015 / 10:19

Belarus Daxili Qoşunlarının nümayəndə heyəti Azərbaycanda olub

Belarus Daxili Qoşunlarının nümayəndə heyəti Azərbaycanda olubBelarus Daxili Qoşunlar Komandanının müavini, polkovnik İqor Burmistrovun rəhbərliyi ilə Belarus Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının nümayəndə heyəti Azərbaycanda rəsmi səfərdə olub. Azərbaycan Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının mətbuat xidmətindən verilən məlumata görə, qonaqlar səfər çərçivəsində Şəhidlər xiyabanını ziyarət edib, “Əbədi məşəl” kompleksi önünə çiçəklər qoyublar. Sonra Şəhidlər xiyabanında Daxili Qoşunların Qarabağ müharibəsində şəhid olmuş hərbi qulluqçularının xatirəsinə ucaldılmış "Qardaşlıq məzarı"nı ziyarət olunub.
Belarus Daxili Qoşunlarının nümayəndə heyəti Azərbaycanda olub
Səfər proqramına uyğun olaraq, nümayəndə heyəti Daxili Qoşunların Ali Hərbi Məktəbində tədrisin təşkili və maddi-texniki tədris bazası, kursantlar üçün yaradılmış şəraitlə maraqlanıblar. Belarus Daxili Qoşunlarının zabitləri həmçinin "N" saylı hərbi hissədə müvafiq xidmət sahələri ilə də tanış olublar.

Daxili işlər nazirinin müavini-Daxili Qoşunların Komandanı, general-leytenant Şahin Məmmədov Daxili Qoşunların Baş İdarəsində belaruslu qonaqları qəbul edib. Ş. Məmmədov, bu görüşün hər iki ölkənin Daxili Qoşunları arasında əlaqələrin inkişafına təkan verəcəyini bildirib.

Qarşılıqlı fikir mübadiləsi şəraitində keçən görüşdə iki ölkənin Daxili Qoşunları arasında hərbi əməkdaşlıq və dostluq münasibətlərinin mövcudluğundan məmnunluq ifadə olunub.

Polkovnik İqor Burmistrov səfərinin əməkdaşlığın bundan sonra da uğurlu inkişafına dəstək verəcəyini və hər iki dövlətin müvafiq qurumları arasında münasibətlərin daha da genişləndirilməsində maraqlı olduqlarını diqqətə çatdırıb.

Tərəflər arasında hər iki qurumun əməkdaşlığının mövcud vəziyyəti və perspektivləri də müzakirə olunub.

Qeyd edək ki, səfər çərçivəsində belaruslu nümayəndə heyəti Azərbaycanın zəngin tarixi-mədəni həyatını əks etdirən bir sıra muzeylərdə də olublar.

İnform.az

Baxış sayı: 318