İdman
15.06.2015 / 11:18

“I Avropa Oyunları bir çox mədəniyyəti birləşdirdi”

“I Avropa Oyunları bir çox mədəniyyəti birləşdirdi”

"I Avropa Oyunlarının açılış mərasimi çoz gözəl oldu, tamaşaçılar bir çox maraqlı məqamın – Azərbaycanın zəngin ənənəsi və mədəniyyətinin şahidi oldu". İnform.az-ın Trend-ə istinadən məlumatına görə, bu fikirləri Hollandiyanın sabiq Nəqliyyat, İctimai işlər və Su Resurslarına Nəzarət naziri, Avropa Parlamentinin sabiq üzvü Kamil Erlinqs söyləyib.

O bildirib ki, I Avropa Oyunlarının açılış mərasimini izləyənlər səhnədə baş verənlərdən heyrətə gəliblər: “Ən çox azərbaycanlıların qürur hissi keçirdiyini görmək xoşuma gəldi. Möhtəşəm gecə idi”.

K.Erlinqs Bakıda ilk dəfə olduğunu deyib: “Azərbaycan paytaxtı barədə çox eşitsəm də, burada ilk dəfəyəm. Bakı bütün gözləntilərimi üstələdi – qədim və yeni memarlıq nümunələrini özündə birləşdirən gözəl şəhər, mehriban insanlar, dadlı və geniş çeşidli mətbəx. Burada olmağıma çox şadam. Bakıya mütləq yenə gələcəyəm. I Avropa Oyunları sayəsində bir çox mədəniyyət birləşdi, insanların bir-biri ilə ünsiyyət saxlamaq, bir-birindən nəsə öyrənmək imkanı oldu. Bundan başqa, Oyunlar Azərbaycanda idmanın daha böyük inkişafına kömək edəcək”.

Baxış sayı: 585