Dünya
02.10.2015 / 15:19

“Suriyadakı İŞİD hədəflərinə 18 zərbə endirilib”

“Suriyadakı İŞİD hədəflərinə 18 zərbə endirilib”
Uçuşların bir çoxu gecə vaxtı həyata keçirilib.
Ötən gün ərzində Rusiya təyyarələri Suriyadakı 12 İŞİD obyektinə 18 hava zərbəsi endirib. Bunun nəticəsində, terrorçuların komanda məntəqəsi, səhra düşərgəsi və digər obyektləri məhv edilib. İnform.az "Report"-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov bildirib.
Uçuşların bir çoxu (10 uçuş) gecə vaxtı həyata keçirilib və bunun nəticəsində terrorçuların 7 obyekti məhv edilib.
Rusiya hava qüvvələri qrupuna Su-34, Su-24m və Su-25 təyyarələri daxildir.
Birbaşa zərbələr nəticəsində Dar-Taazza rayonunda (Hələb əyaləti) İŞİD silahlı qruplaşmasının komanda məntəqəsi və rabitə mərkəzi məhv edilib.
"Su-25 təyyarələri terrorçuların İdlib əyalətindəki Maaret əl-Nuuman rayonunda yerləşən yaraqlıların səhra düşərgəsinə zərbələr endirib. Zərbələr nəticəsində, burada yerləşən bunkerlər, silah və yanacaq anbarları məhv edilib", - Rusiya Müdafiə Nazirliyinin nümayəndəsi bildirib.

Baxış sayı: 252