İqtisadiyyat
02.10.2015 / 14:49

Azərbaycan-Türkiyə arasında protokol imzalanıb

Azərbaycan-Türkiyə arasında protokol imzalanıbBu gün Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsində (DGK) komitə sədri Aydın Əliyev Türkiyənin gömrük və ticarət naziri Cenap Aşçı ilə görüşüb. Görüş zamanı hər iki nazir Azərbaycan və Türkiyə gömrük məsələləri üzrə birgə komitənin fəaliyyətinin təşkili üzrə protokol imzalayıblar. Protokolu Azərbaycan tərəfindən Aydın Əliyev, Türkiyə tərəfindən isə C. Aşçı imzalayıb.

Görüşlə bağlı jurnalistlərə açıqlama verən DGK sədri Aydın Əliyev bildirib ki, Türkiyə Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir: “Ümid edirik ki, gələcəkdə iki ölkə arasında ticarət dövriyyəsi getdikcə artacaq".

Ölkələr arasında müzakirə olunan məsələlərə toxunan DGK sədri qeyd edib ki, görüş zamanı idxal-ixrac əməliyyatları zamanı bəzi məhsulların rüsumdan azad edilməsi ilə bağlı təkliflər irəli sürülüb:" Hazırda bu sənədlər baxılmaq üzrədir. Aidiyyatı orqanlar da məsələ ilə bağlı rəyini verdikdən sonra həmin məhsulların adları açıqlanacaq".

Türkiyənin gömrük və ticarət naziri Cenap Aşçı isə Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi barədə məlumat verib.

Onun sözlərinə görə, BTQ dəmir yolu layihəsinin tikintisi bir az gecikib: “Tunelin inşasından öncə yer səthi ilə bağlı mütəxəssislərimiz müəyyən hesablamalar aparıb, lakin inşası prosesində torpaq örtüyünün bir qədər sərt olduğu üzə çıxıb. Hazırda tunelin inşası tamamlanmaq üzrədir. Bu layihə yalnız bizim üçün deyil, bütün dünya üçün çox önəmli bir layihədir".

İnform.az

Baxış sayı: 429