Mədəniyyət
02.10.2015 / 11:18

Turizm sənayesi nümayəndələri arasında görüş

Turizm sənayesi nümayəndələri arasında görüş Sankt-Peterburqun qubernatoru cənab Q. S. Poltavçenkonun Azərbaycana səfəri çərçivəsində Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin və Sankt-Peterburqun Turizmin İnkişafı üzrə Komitəsinin birgə təşkilatçılığı ilə tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan Nazirliyin Turizm şöbəsinin Marketinq sektorunun müdiri Emil Səfərov Azərbaycanın turizm potensialı barəsində, həmçinin, Nazirlik tərəfindən son illər ərzində Sankt-Peterburq da daxil olmaqla, Rusiya Federasiyasında aparılan fəaliyyət barədə məlumat verərək video təqdimatla çıxış edib.
Daha sonra Sankt-Peterburqun Turizmin İnkişafı üzrə Komitəsi yanında şəhər turizm informasiya bürosunun direktor müavini Valeriy Malışeva Sankt-Peterbuqun turizm potensialı barəsində təqdimatla çıxış edib.
20-dən artıq turizm şirkətinin iştirak etdiyi tədbir ikitərəfli görüşlər formatında davam etdirilib.

Aysel TALIBQIZI / İnform.az

Baxış sayı: 321