Mədəniyyət
02.10.2015 / 10:55

Bakıda Rusiya filmləri həftəsi

Bakıda Rusiya filmləri həftəsiOktyabrın 1-dən 7-dək Rusiya Federasiyası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və “Kinofest” prodüser mərkəzinin təşkilatçılığı ilə Nizami Kino Mərkəzində Rusiya filmləri həftəsi keçirilir.


“Kinofest” mərkəzinin baş direktoru Sergey Braqin Rusiya filmləri həftəsinin Bakıda keçirilməsində göstərilən köməyə görə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinə təşəkkürünü bildirib. O qeyd edib ki, belə tədbirlər iki ölkə arasında mədəni əlaqələri və kinematoqrafiya sahəsində əməkdaşlığı möhkəmləndirir.

Rusiyanın Xalq Artisti Boris Şerbakov və aktyor Denis Şvedov qeyd ediblər ki, Azərbaycan sürətlə inkişaf edir və gündən-günə göz qabağında dəyişir. Onlar vurğulayıblar ki, Bakı dünyanın ən gözəl və qonaqpərvər şəhərlərindən biridir.

Sonra 70-ci illərin populyar filmlərindən olan “Üfüqlər burada sakitdir” filminin “remake” variantı nümayiş olunub.

Qeyd edək ki, festivalın proqramına son iki ildə çəkilmiş “Yaşıl kareta”, “Batalyon”, “Kabus”, “Qəzəbli Quzu Dolli tez öldü”, "Ələkeçməzlər" və “Əziz ana” filmləri daxil edilib.

Seanslara giriş sərbəstdir.

Aysel TALIBQIZI / İnform.az

Baxış sayı: 282