Dünya
02.10.2015 / 00:06

Suriyada İŞİD düşərgəsinin infrastrukturu məhv edildi

Suriyada İŞİD düşərgəsinin infrastrukturu məhv edildiRusiya aviasiyası Suriyanın İdlib əyalətində İŞİD silahlılarının təlim düşərgəsinin infrastrukturunu dağıdıb. İnform.az APA-ya istinadən bildirir ki, bunu jurnalistlərə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov bildirib.

Onun sözlərinə görə, təyyarələrin Maaret ən Nüumən rayonunda endirdiyi zərbələr nəticəsində düşərgənin infrastrukturu tamamilə dağıdılıb.


“Aviasiya bombasının qeyd olunan obyektdə yerləşən silah-sursat anbarına dəqiq dəyməsi nəticəsində güclü partlayış baş verib. Partlayış silahlılara məxsus tikililəri və avtomobil texnikasını məhv edib”, deyə general qeyd edib.

Baxış sayı: 320