Dünya
01.10.2015 / 18:51

İran Rusiyanın qərarını dəstəkləyib

İran Rusiyanın qərarını dəstəkləyibİran Rusiyanın Suriyada terrorçulara hava zərbələri endirmək barədə qərarını dəstəkləyib.

Inform.az-ın APA-ya istinadən verdiyi məlumata görə, bunu İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mərziyə Əfxam deyib. O bildirib ki, regionda və bütün dünyada sülhə təhdid olan terrorizmə qarşı əsl və hərtərəfli mübarizə vacib ehtiyacdır: “Bu hədəfin reallaşması iradə və qətiyyət, o cümlədən İraq və Suriya hökumətləri ilə birlikdə dünya ölkələrinin birgə fəaliyyət göstərməsini tələb edir. O ki qaldı Suriya hökumətinin hərbi kömək barədə Rusiyaya müraciət etməsinə, İran Rusiyanın Suriyadakı silahlı terror qruplaşmalarına qarşı hərbi əməliyyatına terrorizmlə mübarizəyə töhfə kimi baxır”.

Baxış sayı: 292