Sosial
01.10.2015 / 19:17

Cəlilabad rayon prokurorluğunun yeni binasının açılışı olub

Cəlilabad rayon prokurorluğunun yeni binasının açılışı olubCəlilabad rayon prokurorluğunun yeni inşa olunmuş inzibati binasının açılışı olub.

Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, binanın açılışında iştirak edən Baş prokurorun müavini Namiq Əsgərova məlumat verilib ki, bina 2 mərtəbəli orijinal layihə əsasında inşa olunub, binanın foyesində Heydər Əliyevin və dövlətimizin prokurorluq orqanlarına qayğısını əks etdirən fotogüşə yaradılıb, bütün otaqlar kompüter və digər zəruri texniki avadanlıqlarla təchiz edilib.

Baş prokurorun müavini Namiq Əsgərov 1 oktyabr - prokurorluq işçilərinin peşə bayramı münasibəti ilə rayon prokurorluğunun kollektivini təbrik edərək bildirib ki, ölkəmizdə reallaşdırılan məhkəmə-hüquq islahatları çərçivəsində milli prokurorluq orqanları müasir məzmunda yeniləşdirilməklə, cəmiyyətdə statusuna uyğun yerini tutub.

Cəlilabad rayon prokuroru Tariyel Ələkbərov rayon prokurorluğunun inzibati binasının istifadəyə verilməsini dövlət tərəfindən prokurorluq orqanlarına göstərilən diqqət və qayğı kimi qiymətləndirib.

İnform.az

Baxış sayı: 397