Elm-təhsil
01.10.2015 / 16:16

TQDK imtahan keçirəcək

TQDK  imtahan keçirəcəkTələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) oktyabrın 3-ü saat 08.30-da TQDK-nın Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1m ünvanında yerləşən inzibati binasında SAT imtahanı keçirəcək. TQDK-nın mətbuat xidmətinin yaydığı məlumata görə, imtahanın müddəti (fasiləsiz) 3 saat 45 dəqiqədir.

İmtahanda iştirak edəcək şəxslər saat 07.45-dən gec olmayaraq imtahan binasında olmalıdırlar və imtahana gecikən şəxslər imtahan zalına buraxılmayacaqlar.

İmtahanının nəticələri oktyabr ayının 22-də imtahanda iştirak edənlərin “College Board”-un internet səhifəsindəki şəxsi hesabında açıqlanmış olacaq.

Baxış sayı: 276