İqtisadiyyat
01.10.2015 / 16:02

Daşınmaz əmlakın icbari sığortası kəskin artıb

Daşınmaz əmlakın icbari sığortası kəskin artıbBu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycan İcbari Sığorta Bürosunun (İSB) informasiya sistemi vasitəsi ilə rəsmiləşdirilən 4 icbari sığorta növü üzrə ümumilikdə 80 363,1 min manat həcmində 834 149 müqavilə imzalanıb.

Inform.az-ın Büroyua istinadən verdiyi xəbərinə görə, ötən ilin eyni dövrü ilə müqayisədə sığorta müqavilələrin sayında 2,43%, həcmində isə 24,66% artım qeydə alınıb.

Hesabat dövründə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası müqavilələri üzrə daxiolmalar illik 13,1% artaraq 58 486,4 min manat, daşınmaz əmlakın icbari sığortası üzrə yığımlar 73,9% artaraq 21 493,9 min manat, daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası 3,76% artaraq 278,0 min manat, sərnişinlərin icbari fərdi qəza sığortası üzrə yığmlar isə əksinə 11,3% azalaraq 104,9 min manat təşkil edib.

Baxış sayı: 349