İqtisadiyyat
01.10.2015 / 14:43

Azərbaycan energetika sektorunun strateji inkişafının istiqamətlərini müəyyənləşdirib

Azərbaycan energetika sektorunun strateji inkişafının istiqamətlərini müəyyənləşdirib Energetika Nazirliyi yerli və xarici mütəxəssislərin, energetika sahəsində fəaliyyət göstərən qurumların rəy və təkliflərini nəzərə almaqla, Azərbaycanda energetika sektorunun uzunmüddətli (strateji) və effektiv inkişafının prioritet istiqamətlərini müəyyənləşdirib.

Nazirlikdən Inform.az-a verilən məlumata görə, energetika sektorunun uzunmüddətli (strateji) və effektiv inkişafının prioritet istiqamətlərinin məqsədi Azərbaycanda energetika sektorunun uzunmüddətli (strateji) və effektiv inkişafının prioritet istiqamətlərinin müəyyənləşdirilməsində məqsəd ölkənin bütün enerji ehtiyatlarının (təbii qaz, elektrik enerjisi, su, günəş, külək, sənaye-məişət tullantıları və s.) səmərəli istifadəsinə, bu ehtiyatların tam şəkildə enerji balansında iştirakına və ölkə iqtisadiyyatının yüksək templə inkişafına nail olmaqdan ibarətdir.

Energetika sektorunun strateji inkişaf planının yüksək prioritet təşkil edən məsələləri aşağıdakı istiqamətləri əhatə edir:

1. Energetika sektorunun 25-30 illik inkişaf strategiyasının hazırlanması;

2. Enerji resurslarından səmərəli istifadə, son təlabatçının enerji effektivliyi və alternativ enerji mənbələrindən istifadə üzrə 15-20 illik Dövlət Proqramının hazırlanması;

3. Energetika sektorunun inkişafı üzrə 5 illik Dövlət Proqramının hazırlanması.

Qanunvericilik və normativ-hüquqi bazanın yaradılması energetika sektorunun uzunmüddətli (strateji) və effektiv inkişafının təmin edilməsi üçün bu sahədə qanunvericilik bazasının təkmilləşdirilməsi çox mühümdür. Bu məqsədlə aşağıdakı vəzifələrin yerinə yetirilməsi məqsədəuyğundur:

1. Elektrik enerjisi üzrə tənzimlənən daxili bazar haqqında qanun layihəsinin hazırlanması;

2. Təbii qaz üzrə tənzimlənən daxili bazar haqqında qanun layihəsinin hazırlanması;

3. Daxili enerji bazarlarını (elektrik və təbii qaz üzrə) tənzimləyən Müstəqil Tənzimləyici orqan haqqında qanun layihəsinin hazırlanması;

4. Elektrik enerjisi üzrə Şəbəkə Məcəlləsinin hazırlanması;

5. Təbii qaz üzrə Şəbəkə Məcəlləsinin hazırlanması.

Bununla yanaşı, bazar subyektlərinin strukturlaşdırılması və tarif siyasəti sahəsində aşağıdakı tədbirlərin keçirilməsi təklif edilir:

1. Elektrik enerji və təbii qaz sistemlərinin (“Azərenerji” ASC, ”Azərişiq” ASC, “Azəriqaz” İB) strukturlarının qanunvericilikdə nəzərdə tutulan bazar subyektləri əsasında yenidən qurulması;

2. Son tələbatçıların və digər bazar subyektlərinin maraqlarını əks etdirən, bölüşdürülə bilən, məhsulun və xidmətin maya dəyərinə əsaslanan (X-faktorla) elastik tariflər sisteminin yaradılması.

Baxış sayı: 262