Texnologiya
01.10.2015 / 13:59

Ən varlı 400 amerikalı

Ən varlı 400 amerikalı“Forbes” jurnalı ABŞ-ın 400 ən varlı adamının növbəti reytinqini dərc edib. Reytinqə görə, “Microsoft” korporasiyasının həmtəsisçisi Bill Qeyts 22-ci dəfə olmaqla yenidən liderdir. Onun var-dövləti 76 milyard dollar dəyərində qiymətləndirilib. SİA-nın məlumatına görə, 400 ən varlı amerikalı reytinqinə çoxlu xarici İT mütəxəssisləri daxil olub. Belə ki, liderlər üçlüyündə B.Qeytslə yanaşı, “Oracle” şirkətinin təsisçisi və rəhbəri Larri Ellison yer alıb. O, “Forbes” siyahısında 47,5 milyard dollarlıq sərvətlə üçüncü yeri tutub. Ötən il də “Oracle” təsisçisi siyahıda üçüncü olub.

Bu il reytinq onluğunda ilk dəfə "Amazon” şirkətinin baş icraçı direktoru Ceff Bezos və "Facebook” şirkətinin rəhbəri Mark Sukerberq yer alıb. M.Sukerberq ötən illə müqayisədə üç pillə yüksələrək 40,3 milyard dollarlıq var-dövlətlə 7-ci yeri tutub. C.Bezos isə 47 milyard dollar dəyərində qiymətləndirilən sərvətlə 11 pillə irəliləyərək 15-ci yerdən 4-cü yerə yüksələ bilib. 2015-ci il ərzində “Amazon” baş direktoru var-dövlətini siyahıda yer alan iş adamları ilə müqayisədə hamıdan çox artırıb.

Ən varlı insanların onluğunu “Google” şirkətinin həmtəsisçisi Larri Peyc tamamlayıb. Jurnalın versiyasına görə, onun var-dövlətinin dəyəri 33,3 milyard dollar qiymətləndirilib. “Google” şirkətinin digər həmtəsisçisi Sergey Brin 32,6 milyard dollarlıq sərvətlə ondan sonrakı yerdə - 11-ci yerdə qərarlaşıb.

Qeyd edək ki, bu il varlı insanlara bir neçə yeni varlı qoşulub. Məsələn, “Snapchat” ani çəkilişlər üçün əlavə təsisçiləri Evan Şpigel (327-ci yer) və Bobbi Mefi (375-ci yer) müvafiq olaraq 2,1 və 1,8 milyard dollarlıq sərvətlə ilk dəfə reytinqə daxil olub. 25 yaşlı E.Şpigel “Forbes” siyahısında yer alan ən gənc iştirakçıdır.

Qeyd edək ki, 400 ən varlı siyahısına həmçinin "Airbnb” onlayn servisinin üç yaradıcısı daxil ola bilib. Neytan Bleçarzik, Brayan Çeski və Co Qebbia 3,3 milyard dollarlıq sərvətlə reytinqin 194-cü pilləsini bölüşüb.

İnform.az

Baxış sayı: 423