Baş xəbər, Hərbi
01.10.2015 / 13:40

T​ürkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Azərbaycana gələcək

T​ürkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Azərbaycana gələcəkTürkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ölkəmizə rəsmi səfərə gələcək.
Müdafiə Nazirliyinin mətbuat xidmətinin verdiyi məlumata görə, oktyabrın 5-də Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Hulusi Akarın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana rəsmi səfərə gələcək.
Səfər çərçivəsində H.Akarın Müdafiə Nazirliyində görüşləri planlaşdırılır.
Səfər oktyabrın 7-dək davam edəcək.

İnform.az

Baxış sayı: 292