İdman
01.10.2015 / 12:38

Bakıda keçiriləcək "Formula-1"in vaxtı dəyişdirildi

Bakıda keçiriləcək "Formula-1"in vaxtı dəyişdirildiBeynəlxalq Avtomobil İdmanı Federasiyası (FİA) 2016-cı ildə Bakıda keçiriləcək "Formula-1" üzrə Avropa Qran Prisinin vaxtını dəyişdirib.

FİA paytaxt küçələrində təşkil olunacaq yarışı gələn il 19 iyuna salıb.

Halbuki, ilkin siyahıda bu Qran Prinin iyulun 17-də baş tutacağı bildirilirdi. FİA bu addımı Bakı mərhələsinin 24 saat Le Man rallisi ilə üst-üstə düşməməsi üçün atdığını bəyan edib.

Qeyd edək ki, "Formula-1"də 2016-cı il mövsümünün startı martın 20-də Melburn Qran Prisi ilə veriləcək. Bakıdakı yarışadək Bəhreyn (3 aprel), Şanxay (17 aprel), Soçi (1 may), Barselona (15 may), Monte-Karlo (29 may) və Monreal (12 iyun) Qran Priləri də keçiriləcək. Qalibin adı mövsüm ərzində keçiriləcək 21 Qran Prinin yekununda məlum olacaq.

İnform.az

Baxış sayı: 342