Mədəniyyət
01.10.2015 / 11:22

ATMU əməkdaşları təlimdə

ATMU əməkdaşları təlimdəAzərbaycan Turizm və Menecment Universitetinin əməkdaşları Avropa İttifaqının Tempus ( Su To Ma) layihəsi çərçivəsində keçirilən növbəti təlimlərin fəal iştirakçısı olublar. Almaniyanın Yade Universitetinin təşkilatçılığı ilə "Turizm bələdçisi" və "Mədəniyyətlərarası ünsiyyət və menecment" mövzusuna dair təlimlər sözü gedən ölkənin Vilhelmshafen, Hamburq, Bremerhafen şəhərlərində TEMPUS ( SuToMa ) layihəsinin nəzərdə tutulan şərtləri əsasında təşkil edilib. Tədbirin təmsilçiləri arasında Almaniyanın Yade, Gürcüstanın Tiflis Dövlət Universitetlərinin, Qafqaz regionunun digər ali məktəb və müvafiq qurumlarının səlahiyyətli nümayəndələri də olub. Təlimlərin keçirilməsində başlıca məqsəd Tempus (Su To Ma) layihəsi çərçivəsində "Modul 5" və"Modul 8"-in yenidən işlənib-hazırlanmasından ibarət idi. Tədbir zamanı təlimçilər xüsusi qrup tərəfindən hazırlanan "Modul 6"-nın təqdimatında da olublar. "Turizm bələdçisi" mövzusunda tərtib edilən dərsliyin dəyərlənləndirilməsi, Turizm bələdçiliyinə dair xüsusi nümunənin hazırlanması və qiymətləndirilməsi, professonal tur standartlarının müzakirəsi iştirakçılar tərəfindən rəğbətlə qarşılanıb. Azərbaycan Turizm və Menecment Universitetinin əməkdaşlarının məlumatına görə, tədbirdə iştirakçı ölkə nümayəndələrinin konkret olaraq doğma vətənləri haqqında hazırladıqları təqdimatlar dünyada baş verən qarşıdurma proseslərinə vətəndaş mövqeyini əks etdirib. Almaniyanın bir sıra şəhərləri, o cümlədən muzey və tarixi abidələri ilə tanışlıq, Alman Emiqrasiya Mərkəzinə, AİRBUS aviasiya zavoduna səfər yaddaqalan olub. Tempus layihəsi çərçivəsində keçirilən təlimlərin sonunda hər bir iştirakçıya sertifikat verilib.

İnform.az

Baxış sayı: 390