Siyasət
01.10.2015 / 10:26

Millət vəkili Qırğızıstana səfər edəcək

Millət vəkili Qırğızıstana səfər edəcəkMilli Məclisin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov TürkPA-nın xətti ilə oktyabrın 1-dən 5-dək Qırğızıstan Respublikası parlamentinə keçiriləcək seçkiləri müşahidə etmək üçün bu ölkəyə səfər edəcək. Milli Məclisin mətbuat xidmətindən verilən məlumata görə, deputatımız ölkənin paytaxtı Bişkək şəhərində bir sıra seçki məntəqələrində olacaq, vətəndaşların səsvermə hüquqlarının təmin olunması, demokratik seçki texnologiyalarının tətbiqi və beynəlxalq müşahidəçilərin fəaliyyəti ilə maraqlanacaq.

İnform.az

Baxış sayı: 340