Dünya
01.10.2015 / 07:01

Suriya ordusu “Cəbhət ən Nüsrə” qruplaşmasının 110 silahlısını məhv edib

Suriya ordusu “Cəbhət ən Nüsrə” qruplaşmasının 110 silahlısını məhv edibSuriya ordusu Homs şəhəri ətrafında xüsusi əməliyyat həyata keçirib.

İnform.az -APA-ya istinadən verdiyi məlumata görə, nəticədə “Əl Qaidə”nin Suriyadakı qolu sayılan “Cəbhət ən Nüsrə” qruplaşmasının 110 silahlı məhv edilib.

Onlardan 3-ün səhra komandirləri olduğu bildirilir. Hərbçilərin məlumatına əsasən, şəhərə yaxın bir neçə yaşayış məntəqəsində 5 minədək terrorçu gizlənir.

Qeyd edək ki, Homs bir ilə yaxındır ki Suriya ordusunun nəzarəti altındadır.

Baxış sayı: 259