Sosial
30.09.2015 / 16:34

Ahıllar günü qeyd olunub

Ahıllar günü qeyd olunub1 Oktyabr Beynəlxalq Ahıllar Günü Nəsimi rayonunda qeyd olunub. İcra Hakimiyyətindən İnform.az -a verilən məlumata görə, rayonun ahıl, kimsəsiz, əlil və qayğıya ən çox ehtiyacı olan vətəndaşlarının bir qrupu - ümumilikdə 150 nəfərin iştirakı ilə görüş keçirilib.

Tədbirdə iştirak edən İcra Başçısı Asif Əsgərov yaşlı nəslin nümayəndələrini salamlayıb, onlara uzun ömür və can sağlığı arzulayaraq dövlət tərəfindən hər bir ahıl vətəndaşın diqqət və qayğı ilə əhatə olunduğunu bildirib.

Qeyd olunub ki, qarşıdakı illərdə pensiya və müavinətlərin daha da artırılması nəzərdə tutulub.
Bundan başqa, İcra başçısı rayonda aparılan geniş miqyaslı abadlıq-quruculuq işləri barədə məlumat verib, rayonun sosial-iqtisadi inkişafı üçün görülməsi nəzərdə tutulan işlərdən danışıb.

Tədbirdə qeyd olunub ki, bu gün Nəsimi rayonunda 16 mindən çox yaşı 65-dən yuxarı olan ahıllar var. Nəsimi rayon Əhalinin Sosial Müdafiə Mərkəzisinin Sosial xidmət şöbəsində 269 nəfər tənha, əlil qeydiyyatdadır ki, onlara 25 nəfər sosial işçi xidmət göstərir.

Sonda görüşdə iştirak edən ahıllara RİH tərəfindən hədiyyələr və maddi yardımlar təqdim təqdim edilib.

Baxış sayı: 326