Hərbi
01.07.2015 / 17:00

Müdafiə naziri ön cəbhədə

Müdafiə naziri ön cəbhədə

Müdafiə naziri general-polkovnik Zakir Həsənov və Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov cəbhəboyu rayonlarda yerləşən birlik, birləşmə və hərbi hissələrdə olublar.

İnform.az-ın anspress.com-a istinadən məlumata görə, Müdafiə Nazirliyinin rəhbərliyi ön xətdə yerləşən hərbi hissələrdə düşmənlə üz-üzə səngərlərdə döyüş növbəsi çəkən şəxsi heyətlə görüşüb, onların sosial-məişət şəraiti ilə maraqlanıb, Silahlı Qüvvələr Günü münasibəti ilə təltif olunan hərbi qulluqçulara fəxri fərmanlar və qiymətli hədiyyələr təqdim ediblər.

Baxış sayı: 433