Gündəm, Mədəniyyət
30.09.2015 / 10:52

Aşıq Rəsul Qurbani dünyasını dəyişib

Aşıq Rəsul Qurbani dünyasını dəyişib Azərbaycan aşıq musiqisi ustadı, böyük sənətkar aşıq Rəsul Qubanı 80 yaşında dünyaya əbədi olaraq göz yumub.

Həmkarları arasında “Dədə” ləqəbi ilə tanınan yaşlı sənətkar Təbrizin İmam Rza xəstəxanasında vəfat edib. Beyin infarktı səbəbindən xəstaxanada müalicə alan məşhur ustad dünyasını dəyişib.

Mərhum bir müddət öncə “Sinəmdə səslənən sazım var” kitabının təqdimat mərasimində saz əlinə alıb və mərasim iştirakçılarını şirin əsisi ilə vəcdə gətirmişdir.

Aşıq R.Qurbani Qaradağın Abbasabad kəndində dünyaya göz açıb. O aşıq musiqi sənətinə 16 yaşından başlayıb. Mərhum R.Qurbani Fransa, Almaniya, Hollandiya, İngiltərə, Yaponiya, Çin, Çexiya, Avstriya, Avstraliya, Azərbaycan Respublikası, Məcaristan, Türkiyə və s. kimi ölkələrdə keçirilən xarici festivallarda aşıq musiqisi ifa edib.

“ALLAH rəhmət eləsin”

İnform.az


Baxış sayı: 235