Baş xəbər, Dünya
30.09.2015 / 10:44

Rusiya bombardmançıları Xəzərin üstündən keçərək Suriyaya gedib

Rusiya bombardmançıları Xəzərin üstündən keçərək Suriyaya gedib Rusiyanın ən yeni bombardmançıları Xəzərin üstündən uçub Suriyaya gedbi

Rusiyanın ən yeni Su-34 bombardmançılarından ibarət döyüş təyyarələri qrupu Suriyanın Latakiyə şəhəri yaxınlığındakı hərbi aerodroma çatıb.

Bundan əvvəl Qərb kəşfiyyatı Latakiyə aerodromunda Rusiyanın müxtəlif tipli 28 döyüş təyyarəsini və bombardmançılarını qeydə almışdı.

Radarlardan alınan məlumatlara əsasən Rusiyanın Su-34 bombardmançıları Suriyanın hava məkanına daxil olmazdan əvvəl Xəzər dənizinin üzərindən uçublar, daha sonra İranın və İraqın hava məkanından keçiblər.

Bombardmançıları Rusiya Hərbi Hava Qüvvələrinin Tu-154 təyyarəsi müşayiət edib.

Rusiya Suriyada yerləşdirdiyi aviasiya qruplaşması ilə yanaşı Bəşər Əsəd rejiminə də yeni döyüş təyyarələri satır. Bu müqavilə çərçivəsində Rusiya 2017-ci ilə qədər Suriyaya daha 12 qırıcı verəcək.

ABŞ kəşfiyyatının məlumatlarına görə, Rusiya Suriyanın Tartus limanındakı hərbi bazasını da möhkəmləndirir. Rusiya hərbi gəmiləri durmadan Tartusa yan alır və üzəri brezentlə örtülmüş müxtəlif tipli hərbi texnikanı boşaldır. Latakiyədə yeni yaradılan hərbi bazada isə hələlik 2 min hərbçi yerləşdiriləcək.

Lakin hərbi kontingentin artırılmacağı haqda məlumatlar var. Rusiya qüvvələrinin artıq Suriyada Əsədin ordusunun tərəfində döyüşlərə qatıldığı bildirilir.

İnform.az

Baxış sayı: 323