Dünya
15.06.2015 / 10:17

Rusiyaya qarşı yeni sanksiyalar

Rusiyaya qarşı yeni sanksiyalar

Rusiyaya qarşı tətbiq olunan beynəlxalq sanksiyalar yenidən uzadılacaq.

İnform.az-ın məlumatına görə, bununla bağlı qərar Avropa Birliyinin xarici işlər nazirlərinin 22 iyunda Lüksemburqda keçiriləcək görüşdə qəbul olunacaq.

"The Wall Street Journal" nəşrinin yazdığına görə, sanksiyalar müzakirəsiz də davam etdirilə bilər.

Bununla yanaşı, son Minsk razılaşmasına əməl olunmaması səbəbindən sanksiyaların genişləndirilməsi də istisna edilmir.

Nail Cəlil / İnform.az

Baxış sayı: 864