Maqazin
01.07.2015 / 16:34

İzzət ədalət tərəfdarıdır

İzzət ədalət tərəfdarıdır

Bu gün "Gün üzü" verilişində maraqlı anlar yaşanıb. Müğənni İzzət Bağırov verilişdə kişi-qadın münasibətlərindən danışıb. "Qadınların rəfiqələri və kişilərin dostlarının ailəyə müdaxiləsi nə dərəcədə ola bilər" sualına İzzət Bağırov özünəməxsus cavab verib:

"Bu gün insanların nə dostsuz qalması, nə də ki, dostunun çox olması yaxşı deyil. Ailəyəüçüncü şəxs müdaxilə etsə, yaxşı olmaz, o ailənin sonu olmaz. Mən ədalət tərəfdarıyam.

Mən kişiyəm və çalışmışam ki, hər zaman kişilərin tərəfindən danışım. Oğlan var ki, qıza deyir, anam nə dedi, odur. Bəlkə ana elə söz deyəcək ki, o sözlə sənin ailən dağılacaq".

Aysel Talıbqızı / İnform.az

Baxış sayı: 653