Mədəniyyət
30.09.2015 / 06:42

Azərbaycanın və Fransanın turizm şirkətləri əməkdaşlığa başlayır

Azərbaycanın və Fransanın turizm şirkətləri əməkdaşlığa başlayır“Top Resa-2015” beynəlxalq turizm sərgisi çərçivəsində sentyabrın 29-da Azərbaycanın “Silk Way Travel” şirkəti ilə Fransanın “Alest Voyages” şirkəti arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.

Bu barədə İnform.az Azərtaca istinadən xəbər verir. Verilən məlumata görə, sənədi “Silk Way Travel” şirkətinın direktoru Şirzad Əfəndiyev və “Alest Voyages “ şirkətinin prezidenti Rişar Subyel imzalayıblar.

Memorandumun əsas məqsədi fransalı turistlərin Azərbaycana gəlişini təşkil etməkdir. Hər iki tərəfin hazırladığı yeni turizm paketləri 2016-cı ildən “Alest Voyages” şirkətinin internet səhifəsində də yayımlanacaq.

Baxış sayı: 243