İqtisadiyyat
29.09.2015 / 16:35

TANAP layihəsi müzakirə ediləcək

TANAP layihəsi müzakirə ediləcək
M. Şevçoviç TANAP üçün yardım etməyə hazır olduğunu açıqlayıb
Türkiyə və Avropa İttifaqı (Aİ) oktyabrın 1-də Trans-Anadolu Boru Kəməri (TANAP) layihəsini müzakirə edəcək. "Report xəbər veri ki, bunu Anadolu Agentliyinə Avropa Komissiyasının enerji məsələləri üzrə vitse-prezidenti Maroş Şevçoviç deyib.
Cənub Qaz Dəhlizinin və Cənubi Qafqaz Boru Xəttinin təməlqoyma mərasimində iştirak etdiyini deyən M. Şevçoviç TANAP üçün yardım etməyə hazır olduğunu açıqlayıb.
Avropa Komissiyası üçün enerji təhlükəsizliyi və boru xəttlərinin keçid nöqtələri çox əhəmiyyətli olduğunu deyən M. Şevçoviç bu ilin martın 15-də Türkiyənin enerji və təbii sərvətlər naziri Əli Rza Alaboyun ilə Avropa Komissiyasının iqlim və enerji məsələləri üzrə məsul komissarı Miguel Arias Canete arasında imzalanan "Yüksək səviyyəli enerji dialoqu" çərçivəsində oktyabrın 1-də bir araya gələcəklərini açıqlayıb.
Qeyd edək ki, "Şahdəniz" qazını avropaya daşıyacaq TANAP layihəsində 58% SOCAR-a, 30% BOTAŞ-a, 12% isə BP-yə məxsusdur.

İnform.az

Baxış sayı: 311