Şərhlər
29.09.2015 / 12:30

Manxeizmin yaradıcısı Azərbaycan Türkü Mani Peyğəmbərdir - I yazı

Manxeizmin yaradıcısı Azərbaycan Türkü Mani Peyğəmbərdir -
Aydın MƏDƏTOĞLU / İnform.az


Türk təfəkkürünün məhsulu olan Azərdüştlüyü (Zərdüştlüyü) parsizimlərdən təmizləyib yenidən Türk dünyasına uyğun edən, Azərdüştlüyü dövrün digər dinləri ilə uyğunlaşdırıb yeni bir din yaradan, bizim eranın 240- cı ilində 24 yaşında olarkən Sasani imperatorluğuna daxil olan xalqaların əksəriyyəti tərəfindən Peyğəmbərliyi qəbul edilən , Sasani hökümdarı II Şapur tərəfindən Peyğəmbərliyi rəsmən tanınan Azərbaycan Türkü Mani 216-cı ildə Babilistanda anadan olmuşdur.
Maninin atası müəyyən səbəblərdən dolayı Babilə mühacirət edən Arsak Türk sülaləsinə mənsub Həmədan əyyanlarından olmuşdur. Maninin həm anası həm atası Həmədan Türklərinin Arsak sülaləsinin Əşkani nəslindən olmuşdur. Əsilzadə və mədəni bir ailəyə mənsub olan Mani Sasani hökümdarı ilə ixtilafda olduğundan ölkəni tərk edərək Hindistana getmiş, orada öz dinini təbliğ etməyə başlamışdır. Tədqiqatçılar göstərirlər ki, Maninin Hindistana getməsi heçdə təsadüfi deyildi. Çünki o dövürdə Hindistan və Əfqanıstanda Maninin mənsub olduğu Saka Türkləri hökümranlıq edirdi. Mani burada öz dinini ana dilində təbliğ etmişdi. (Seçmələr bizimdir - A.M. Bax: Məhəmmədtağı Zehtabi Şəbüstərli İran türklərinin əski tarixi, II cild , Təbriz, Hicri 1379, səh. 397).
Maninin yaşadığı eramızın III əsrində dinlər arasında ölüm-dirim müharibəsi gedirdi. İnsanları bu girdabdan qurtarmaq üçün yollar arayan Mani o zamanki dinləri. məzhəbləri, müxtəlif dini-elmi təlimləri bir araya gətirmək üçün universal bir " Dünya dini " yaratmağa çalışmışdır. Bu birləşdirici missiya Mani Əşkanini tez bir zamanda Yaxın və Orta Şərqdə tanıtmışdı. Azərbaycan, Persiya, Babilistan, Xorasan, Türküstan və Hindistanı el-el dolaşan Mani Azərdüştlüklə yanaşı, Samanizim, Buddizm, Brahmanizm, Hinduizm, İudaizm və xristian dinləri ilə yaxından tanış olmu, dindən daha çox dini-fəlsəfi bir idrak təlimi yaratmağa müvəffəq olmuşdur.
Mani tarixdə bir Peyğımbər, bir filosof, bir qəhrəman, bir ictimai-siyasi hərəkatın yaradıcısı və başçısı olmaqla yanaşı, həm də bir rəssam, bir memar, bir şair kimi də tanınmış, özündən sonra dünyada yaranan bütün din, fəlsəfə, rəssamlıq, memarlıq və ədəbiyyatlara güclü təsir göstərmişdir. Tədqiqatçılar göstərirlər ki, Maninin 10-dan çox əsəri, 76 məktub risaləsi olmuş, onlar bütün dünyaya yayılmışdır. Musiqi və nəqqaşlıq sənətini də çox sevən Maninin " Ərjəng" əsəri "Maninin Ərjəngi" adı ilə məşhurdur. (Seçmələr bizimdir- A.M. Bax: Əbülfəz Elçibəy, Bütöv Azərbaycan yolunda, ikinci nəşr Bakı 2004, səh 115)
Mani Hindistandan qayıtdıqdan sonra Sasani hökümdarı I Şapurun qardaşı Mehrşah da ona inam gətirərək Peyğəmbərliyini qəbul etmiş, Mani də Mehranşahla bərabər Bizans imperatoru Valerianla savaşta iştirak etmişdir. Öz nüfuz və mövqelərinin sarsılacağından qorxuya düşən Atəşpərəst Fars dini rahiblərinin fitvası ilə sonradan Sasani hökümdarı II Bəhramın zamanında Mani həbs edilib 276-cı ildə ağır işkəncələrdən sonra çarmıxa çəkilərək edam edilmişdir.
Mani Peyğəmbərin dühasının məhsulu olan "Manixeizim" ("manilik") təlimində qədim Türk mifologiyası, xüsusilə dünyanın yaranması haqqındakı təsəvvürlərlə səsləşən məqamlar kifayət qədərdir. Tanrının qaranlığın, şərin, bədənin deyil, məhz işığın, xeyirin, ruhun yaradıcısı olması, insanın mahiyyətinin bədəndə deyil, ruhda təzahürünün olması, dünyanın xaos, mükəmməl insanın isə kosmos səciyyəsi daşıması qənaətinə gələn Mani, görününr yalnız müqəddəs kitabları öyrənməklə, kifayətlənməmiş, öz təlimini yaradarkən qədim təsəvvürlərdən və miflərdən də təsirlənmişdir.
Mani Peyğəmbərin ölümündən sonra da onun yaratdığı Manixeizim dini qısa bir müddətdə Azərbaycandan qərbdə Roma İmperiyasının ucqarlarına, Balkanlara, Afrika və İspaniyaya, Şərqdə Türküstandan Hindistana və Çinə qədər yayılmışdır.

Baxış sayı: 545