Şərhlər
29.09.2015 / 11:32

Nəsiminin ədəbiyyatımızda bir sirri

Nəsiminin ədəbiyyatımızda bir sirri
Xanəmir TELMANOĞLU / İnform.az


Ey dili qafil fil faili məchul fani f..

Sözsüz, bu suala bir neçə yöndən yaxınlaşmaq mümkün. Bu sualı “Leyli və Məcnun” poemalarını yazan şairlərin sahib olduğu sufi dünyagörüşü nöqteyi-nəzərindən də izah eləmək də mümkün. Bu məsələyə Nəsiminin sahib olduğu panteist dünyagörüşünün pəncərəsindən də yaxınlaşmaq mümkün. Biz əslində sualı başqa cür də qoya bilərdik. Sualın bu şəkildə qoyuluşu hardasa Nəsiminin üzərinə düşmüş kimi də sayıla bilər. Ancaq tərəfimizdən sualın bu şəkildə qoyuluşu hardasa Nəsiminin “Leyli və Məcnun” burulğanından yan ötməsini təqdirəlayiq bir iş kimi də saymaq mümkündür.
“Leyli və Məcnun” poemasına tutulanlar, öncəliklə deyim ki, o dönəmin dini düşüncəsinin ədəbiyyata yansıması və poetik həlli yolunda bir güvən duyğusu, dini inancın poetik təfəkkürdə sığınma, istinadgah səriştəsiydi.
İnanc sistemlərinin ədəbi-bədii planda təşəkkül tapma instikti həm də, bəlli bir dönəmdə etnosun mədəniyyət faktorunda ayaqüstə yuxugörmələriydi.
Bunun digər bir üzü, dinin ədəbi sözün təsərrüfat balansına keçməsinin görünməsi, daha sönrakı dönəmlər üçün etnosun mədəniyyətinin dinə yönəliş dövlətçilik ekvivalentinin dışa vurumuydu.
Bunun digər bir üzü isə, din anlayışının, dini sistemin, inanc təfəkkürünün bir sonrakı tarixi, yaxud ictimai dönəmlərdə yeni görünməsi, kökdən düşməməsi tezliyinin bədii hadisədə təfərrüatıydı. Biz əsla “Leyli və Məcnun “ mövzusuna Nəsimi niyə müraciət etməyib deməklə, onu əsla suçlamış deyilik. 14-əsrdə Allahın varlığının ədəbiyyatımızda Nəsimi yaradıcılığında təcəssümü, tamamilə başqa bir poetik olay sayılsa da, hesab edilsə də, dini dünya görüşün bir mədəniyyətin şəfaət hüsranlığıylıa ağırlığının götürülməsiydi. Bir kahin, bir şaman kimi götürülən bu ağırlıq ədəbiyyatda görünməsə də, toplumun həyat tərzində, insanların yaşamında özünü büruzə verirdi. Nəsiminin asılması, dərisinin soyulması faktı elə bəs edir ki, Azərbaycan , müsəlman dünyasındakı dini ehkamların törətdiyi fəsadları görməyəsən.
Gələk yenə məslənin kökünə. Nəsimi “Leyli və Məcnun” mövzusundan bilərəkdən yan keçməyi bacardı. Bu sonrakı dönəmə o qədər də təsir etməsə də (Nəsimin mövzudan imtinası) Nəsimi yaradıcılığı kimi böyük bir ada olaraq ədəbiyyat tariximizin ümumu mənzərəsində vazkeçilməz bir ədəbi-bədii-poetik məkan şəklində tənhalığını zaman keçdikcə daha çox hifz edir, qoruyur və hər kəsi, hər kəsimi, hər düşüncə sahibini özünə çəkməyə başlayır. Niyə, çünki, Nəsimi ideya, düşüncə, inancla bahəm, həm də ədəbiyyat tariximizdə bir xarakter nümayiş etdirmişdir. Ölümün gözünün içinə gerçəkdən düz baxmışdır.
Nəsiminin yaradıcılığı nə qədər yazılı ədəbiyyat nümunəsi kimi ədəbiyyat tariximizə keçsə də, özünün o müstəsna yeri olan xarakterindən də qaynaqlanan həyatı dastanlaşmış müstəviyə qalxmışdır. Eynən, “Ərəb Zəngi”, “Koroğlu”, “Dədə Qorqud”, “Əsli və Kərəm” dastanı kimi. Bu dastana qarşı millətin şüuraltında olan sevgisini yığıb toparlasan, dünyaları tutub, fəth eləmək mümkün.
Allahın təcəllasını İnsanın üzündə, üz cizgilərində görən Nəsimi, heç vaxt bu mənalar aləmini, bu məna qapısından keçməyi buraxıb da, bir başa Leyli və Məcnun obrazları vasitəsi ilə Allahın ardınca düşüb dərələr keçib dağlar aşa bilməzdi. Çünki, Hürufilik elmi imkan vermirdi ki, bu elmin dindən ədəbiyyatımıza, poetik aləmə gətirdiyi ərməğan, ya əmanət elə dolanbac yollarla Allahın dərgahına insanı aparıb çıxarsın. Leylini Məcnunla üz-üzə gətirincə, Nəsimi daha kəsə yolla gedərək həm Leylinin, həm Məcnunun üzündən, eyni şəkildə istifadə etmə şansı qazanırdı. Bu ayrıseçkilik Hürufi elminin, Nəsimi dünyagörüşünün poetik vasitəyə çevrilməsinə imkan verməzdi. Onun üçün nə Leyli, nə Məcnun vardı. Onun üçün insan üzü, insan üzünün cizgiləri:- qaşı, gözü, burnu, qulağı, alnı, yanaqları, çənəsi, dodaqları var. Nəsimi insanı kamilliyə çatdırmaq üçün, Allahın dərgahına götürmək üçün, qadın kişi ekvivalenti üzərindən hərəkət etmirdi, onun üçün qadın və kişi yoxdur. Qadında qadınlıq, kişidə kişilik yoxdur. Onun üçün insanın qadınlıqdan və kişilikdən qurtardığı yerdə hürufi elmi başlayır və bu elmin açdığı üfüqdən insan insanlıqdan çıxır:- ya vəhşi olur, ya da kamil olur .(Bəziləri Kamil olmağı mələk olmaqla qarışdırır: - X.T.) İnsanın əsl zatına dönüşündə Nəsimi olduqca israrlıdır. Nəsimi istəyir ki, insan bu dünyadakı qazandığı təcrübədən az itgi verərək qayıdışını daha rahat təmin eləsin. Buna görə də quş dilindən istifadə edən şair, yaxşı anlayır ki, qutsal güclərin və müqəddəs yüklərin öz tempindən düşməməsi, ritmini itirməməsi, Allah qatında sahib olduğu əlamət və keyfiyyəti itirməməsi üçün açıq ifadə vasitəsi bir başa ruhaniyyəti və qudsiyyəti dağıdıcı formada iştrak edir. “Quş dilinə” keçid isə, bütün qarışıqlığı, ağırlığı dağıdır, poetik dünya dərkində Ruhlar aləmiylə əlaqə və bağların sağlam oluşumu gerçəkləşir. Qapalılıq, sirr, gizlinlik metafizik bütövlüyə, bərəkətə yetişməkdə, çatmaqda misilsiz dərəcədə pozitiv rol oynayır.

Baxış sayı: 639