Dünya
29.09.2015 / 06:46

Putin: “Rus qoşunları hərbi əməliyyatlarda iştirak etməyəcək”

Putin: “Rus qoşunları hərbi əməliyyatlarda iştirak etməyəcək”Rusiyanın quru qoşunları Suriyadа hərbi əməliyyatlarda iştirak etməyəcək, lakinSuriya ordusuna yardım etməyə hazırdır.

İnform.az -ın APA-ya istinadən verdiyi məlumata görə, bunu Barak Obama ilə görüşündən sonra Rusiya prezidenti Vladimir Putin bəyan edib.

“Biz Suriyaya əlavə yardım etməyə hazırıq, lakin quru əməliyyatlarda iştirakdan söhbət gedə bilməz. İŞİD ilə mübarizə Suriyada cərəyan edən siyasi proseslərlə paralel şəkildə aparılmalıdır”, deyə V.Putin vurğulayıb.

Bundan əvvəl Rusiya prezidenti İŞİD-ə qarşı genişmiqyaslı koalisiyanın yaradılmasını təklif etmişdi.

Baxış sayı: 164