Maraqlı
29.09.2015 / 05:02

Məşhur ifaçı 7,5 milyondan imtina etdi

Məşhur ifaçı 7,5 milyondan imtina etdi"Spektr” filminin prodüserləri yeni “Ceyms Bond” soundtreki üçün müğənni Adelə 7,5 milyon dollar təklif edib. İnform.az Axar.az-a istinadən xəbər verir ki, qısa zaman ərzində dünya şöhrətinə qovuşan müğənni bu təklifdən imtina edib.

2013-cü ildə “007: Skayfoll” filminə yazdığı soundtreklə “Oskar” mükafatına layiq görülən ifaçı bu dəfə külli miqdarda puldan və ala biləcəyi ən prestijli mükafatdan imtina edib.

Adelin bu seçimindən sonra filımin soundtrekini Sem Smit öz üzərinə götürüb. Adel isə bu imtinasının səbəblərindən biri kimi 2015-ci ilin noyabrında işıq üzü görəcək albomu üzərində işləməsini göstərib.

Baxış sayı: 227