İqtisadiyyat
29.09.2015 / 02:43

Sərnişin vaqonlarına baxış keçirilib

Sərnişin vaqonlarına baxış keçirilibSentyabrın 28-də "Stadler Rail Group" şirkətinin İsveçrənin Altenrayn regionunda yerləşən zavodunda "Bakı-Tbilisi-Qars" dəmir yolu xətti üzrə hərəkət edəcək yataq tipli sərnişin vaqonlarına baxış və hazır birinci vaqon gövdəsinin qəbulu həyata keçirilib.

İnform.az AZƏRTAC-a istinadən xəbər verir ki, tədbirdə "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov, "Stadler Rail Group" şirkətinin prezidenti Peter Şpuler, Azərbaycanın İsveçrə Konfederasiyasında səfiri Əkrəm Zeynallı, hər iki şirkətin təmsilçiləri iştirak ediblər.

Tərəflər qurumlar arasında əməkdaşlığlın səviyyəsini yüksək qiymətləndirib, yaxın gələcəkdə mümkün layihələr ətrafında fikir mübadiləsi aparıblar.

Sonra vaonlara baxış keçirilib.

Qeyd edək ki, Bakı-Tbilisi-Qars marşrutu üzrə hərəkət edəcək qatarlar üçün Azərbaycan tərəfi "Stadler" şirkətinə 30 ədəd yataq tipli vaqon sifariş edib. "Standart", "komfort", "biznes" və "restoran" tipli istehsal ediləcək vaqonlar kateqoriyasına görə 10, 20 və 32 yerlik olacaqdır. 2016-cı ilin iyul-avqust aylarında ilk 10 vaqonun istismara buraxılması nəzərdə tutulur.

Baxış sayı: 335