Maraqlı
28.09.2015 / 23:32

İnsanın “mikrob buludu” barmaq izlərini əvəz edir

İnsanın “mikrob buludu” barmaq izlərini əvəz edirHər birimiz ətrafa makroorqanizmlə “can bir qəlbdə” yaşayan müxtəlif mikrobların unikal qatışığından ibarət “mikrob buludu” yayır. İnsanın “mikrob buludunu” barmaq izləri ilə müqayisə edən alimlər təxmin ediblər ki, fərdi məlumatların müdafiəsi və tibbi kartların tərtibi üçün gələcəkdə bakteriyalardan istifadə olunacaq.

İnform.az AZƏRTAC-a istinadla xəbər verir ki, eksperiment çərçivəsində könülləri tam steril otağa yerləşdiriblər. Onların hər birinə təmiz noutbuk, stul, şəxsi paltar verilib. İki saat ərzində bu əşyalara insanın bakteriyaları hopub. Toplanmış materialı təhlil edən alimlər belə nəticəyə gəliblər ki, hər bir insanın bakterial tərkibi unikaldır və bir növ onun “barmaq izidir”.

Tədqiqat müəlliflərinin sözlərinə görə, insan bədənində yaşayan trilyonlarla bakteriya mikrobiom əmələ gətirir. Bakteriyalar ətrafa insan bədənindən, paltarından, habelə tozdan yayılır.

Baxış sayı: 211