Mədəniyyət
28.09.2015 / 21:58

Nazirliyinin təşkil etdiyi aksiya uğurla başa çatıb

Nazirliyinin təşkil etdiyi aksiya uğurla başa çatıbAzərbaycanda “Dünya Turizm Günü” və “İrs Günləri” layihələrinin qeyd edilməsi çərçivəsində “açıq qapı” günləri elan olunub.

Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə Qurban bayramı ərəfəsində “açıq qapı” günlərinin elan edilməsi ilə yerli vətəndaşlar və turistlərin bayram günlərində ölkənin muzey və qoruqları ilə yaxından tanış olmaları üçün şərait yaradılıb.

Nazirlikdən İnform.az verilən məlumata görə, bildiriblər ki, sentyabrın 25-dən 27-dək ölkənin ən mühüm muzey və qoruqları ödənişsiz xidmət göstərib. Buraya Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Milli Elmlər Akademiyası və Azərbaycan Respublikası Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin tabeliyində fəaliyyət göstərən Milli Azərbaycan Tarixi Muzeyi, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi, “Qobustan” milli tarix-bədii qoruğu (Ümumdünya İrs Obyekti), Azərbaycan Milli İncəsənət Muzeyi, Azərbaycan Xalça Muzeyi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu (Ümumdünya İrs Obyekti), “Qala” Dövlət tarix-etnoqrafiya qoruğu, “Yanar dağ” Dövlət tarix-mədəniyyət və təbiət qoruğu, “Atəşgah məbədi” Dövlət tarix-memarlıq qoruğu, “Yuxarı Baş” Dövlət tarix-memarlıq qoruğu, Qəbələ Dövlət tarix-bədii qoruğu və Kiş tarix-memarlıq qoruğu daxil edilib.

Eyni zamanda, adıçəkilən muzey və qoruqlarda ziyarətçilərə “İrs Günləri” və “Dünya Turizm Günü”nün əhəmiyyətini təbliğ edən məlumat xarakterli broşurlar paylanılıb.

Layihənin həyata keçirildiyi günlərdə yuxarıda adları qeyd olunan mədəniyyət təsisatlarına 30 minədək ziyarətçi baş çəkib.

Baxış sayı: 208