Hüquq
28.09.2015 / 19:23

“Azərişıq”ın əməkdaşına cinayət işi açılıb

“Azərişıq”ın əməkdaşına cinayət işi açılıb“Mingəçevir Regional Elektrik Şəbəkəsi” MMC-dən daxil olmuş məlumat Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb. Bu barədə İnform.az Baş Prokurorluğun mətbuat xidmətinə istinadən xəbər verir.

Araşdırmalar zamanı Goranboy Elektrik Şəbəkəsinin Veyisli yüksək gərginlikli yarımstansiyasının əməkdaşı Eldəniz Həsənovun vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə rayon ərazisində 18 abonentdən müxtəlif məbləğlərdə pul alaraq onların elektrik sayğaclarındakı göstəriciləri təhrif etməklə “Azərişıq” ASC-nin qanuni mənafeyinə 25.900 manat məbləğində zərər vurmasında şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.

Baxış sayı: 337