Hadisə
28.09.2015 / 15:40

Gənc cüdoçu göldə batdı

Gənc cüdoçu göldə batdıÇexiyalı cüdoçu Aleksandr Yureçka 24 yaşında həyatla vidalaşıb.

O, ötən həftənin cümə günü İtaliyada yerləşən "La Garda" gölündə batıb.

A.Yureçkanın ölümü ilə bağlı gələn həftə Özbəkistanda keçiriləcək Daşkənd Qran-Pri yarışı 1 dəqiqəlik sükutla başlayacaq.

Gənc cüdoçu ötən ay Astanada keçirilən dünya çempionatında mübarizə aparıb və iki dəfə "Böyük Dəbilqə" turnirinin bürünc mükafatçısı olub.

İnform.az

Baxış sayı: 349