Gündəm, Siyasət
28.09.2015 / 15:37

​Prezident Türkmənistanın baş nazirinin müavinini qəbul edib

​Prezident Türkmənistanın baş nazirinin müavinini qəbul edib Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 28-də Türkmənistanın baş nazirinin müavini Baymurad Xocamuhammedovu qəbul edib. Baş nazirin müavini Baymurad Xocamuhammedov Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun salamlarını və ən xoş arzularını dövlət başçısına çatdırıb.

Azərbaycan Prezidenti İlham Əliyev xalqlarımız arasında qardaşlıq münasibətlərinin mövcud olduğunu və əsrlər boyu dost kimi yaşadıqlarını, hazırda isə hər iki ölkənin müstəqil dövlətlər kimi uğurla inkişaf etdiyini və sosial-iqtisadi sahədə yaxşı nəticələr qazandıqlarını məmnunluqla qeyd edib. Dövlət başçısı Türkmənistan baş nazirinin müavini Baymurad Xocamuhammedovun Azərbaycana səfərini dinamik şəkildə inkişaf edən ikitərəfli münasibətlərin yaxşı göstəricisi kimi dəyərləndirib.

Prezident İlham Əliyev Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Türkmənistan dövlətinin başçısına çatdırmağı xahiş edib.

İnform.az

Baxış sayı: 387