Şərhlər
28.09.2015 / 14:02

Fedon

Fedon
(Müdriklər və korifeylər silsiləsindən)

Əlisa NİCAT / İnform.az

(Əvvəli burada)
- İndi mənə cavab ver görüm, həyatda yuxu ilə ayıqlıq qədər əksilik varmı?
-Var, əlbəttə
-Nədir o?
-Həyatla ölüm, - Kebet cavab verdi
-Deməli, indi ki, onlar qarşı-qarşıya olan əksliklərdir, onda bir -birlərindən doğurlar və bu bir-birinin əksiliyin, əksliyinin iki keçidi kimi mümkündür.
-Hə əlbəttə!
-Onda mən sənə onlardan indicə adını çəkdiyim birinin və onunla bağlı olan keçidin adını çəkim, sən də o birisinin. Mən deyirəm: yuxu və ayıqlıq və ayıqlıq yuxudan doğur, yuxu isə ayıqlıqdan, bu keçid isə yatma, yuxuya dalma, yuxuya getmə və ayılma adlanır. Bu sənə kifayət edir ya yox.
-Tamamilə kifayət edir.
-İndi sən də həyat və ölüm haqqında danış. Sən təsdiq edirsən mi həyat ölümlə əkslik təşkil edir?
-Əlbəttə!
-Və onlar bir-birlərindən doğulurlar.
-Hə!
-Deməli canlıdan nə doğulur?
-Ölü,- Kebet mızıldandı.
-Bəs ölüdən nə doğulur?- Sokrat soruşdu.
-Etiraf edtməliyəm ki, diri,- Kebet dedi.
-Deməli Kebet, dirilər ölüdən əmələ gəlir.
(Tərcüməçidən: burada məncə Platonun dəlili zəifləyir çünki onun həyatın ölümdən törədiyini sübut etmək üçün gətirdiyi dəlil açıq-aşkar axsıyır. Böyük filosof özüdə bunu hiss etdiyi üçün həmin yerdə Kebetin dili ilə artıq çox da qətiyyətlə dediyini təsdiq etmir. Buyurun baxın. Ə.N)
-Görünür belədir.
-Deməli bizim canımız Aid aid də (o dünyada) məskun olur
-Belə oxşayır.
- Bu cütlüklə bağlı olan iki keçidin biri tamamilə aydındır, deyilmi axı ölmə, aydın məsələdir elə deyilmi?
-Ağla batandır, razıyam - bəs bundan sonra necə əksliklərin müvazinəti üçün keçid etməyəcəyik?- qoyaq təbiət bir ayaqla axsasın və ölməyi hansı bir əkslik keçidi ilə müvazinətləşdirməyə borcluyuQ.
-(Platonun çox dərin mənalı və çox qəliz mülahizələrindən biridir ki, anlamaq qeyri mümkündür Ə.N)
-Borcluyuq, sözüm yoxdur
-Nə ilə dirilmək ilə. Lakin əgər cana gəlmə mövcuddur sa, onda necə olur bu cana gəlmə ölümdən dirliyə keçməklə deyilmi?
-Hə, əlbəttə
-Deməli, biz səninlə ona da razılaşdıq ki, dirilər ölülərdən başqa cür deyil, məhz ölülərin dirilərdən əmələ gəldiyi kimi əmələ gəlir; lakin əgər belədirsə, onda mənə görə biz kifayət qədər dəlillərə sahibik deyək ki, ölülərin canı və ya ruhu harda isə mövcud olmalıdır ki, onlar oradan yenidən həyata qayıdırlar.
-(Platonun bu yerdə dəlilləri məncə bizi inandıracaq qədər güclü deyil hər halda mənə elə gəlir. Ə.N)

Baxış sayı: 473