Dünya
28.09.2015 / 11:28

Məkkədə 35 hindistanlı zəvvar həlak olub

Məkkədə 35 hindistanlı zəvvar həlak olub İnform.az "RİA Novosti" agentliyinə istinadən xəbər verir ki, Məkkədəki faciə zamanı Hindistandan olan zəvvarlardan həlak olanların sayı 35-ə çatıb.

Bununla bağlı açıqlamanı Hindistanın xarici işlər naziri Suşma Svarac verib.

Qeyd edək ki, daha əvvəl bu rəqəmin 29 olduğu bildirilirdi. Xatırladırıq ki, Məkkədəki Mina dağı ətrafında yaranan qarışıqlıqda ümumilikdə 769 nəfər həlak olub, 934 nəfər isə xəsarət alıb.

İnform.az

Baxış sayı: 270