Dünya
28.09.2015 / 09:11

Rusiya nümayəndə heyəti zalı tərk edib

Rusiya nümayəndə heyəti zalı tərk edib Ukrayna prezidenti Pyotr Poroşenkonun BMT Baş Assambleyasının inkişaf sahəsində qlobal gündəlik üzrə sammitində çıxışı zamanı Rusiya nümayəndə heyəti zalı tərk edib.

"Biz sammitin bəyan edilən mövzusuna uyğun olmayan aşkar siyasiləşdirilmiş və aqressiv nitqə etiraz əlaməti olaraq zalı tərk etdik",— deyə agentliyin həmsöhbəti bildirib.
Onun sözlərinə görə, zalda yalnız bir rusiyalı diplomat qalıb.

RİA "Novosti" digər diplomatik mənbəyə istinadən yazır ki, Ukrayna prezidentinin çıxışı zamanı zalı yalnız Rusiya nümayəndə heyətinin rəhbəri Vitali Çurkin tərk edib, lakin Rusiya nümayəndələrinin xeyli hissəsi zalda qalıb.

İnform.az

Baxış sayı: 244