İdman
27.09.2015 / 03:21

Millimiz məğlub oldu

Millimiz məğlub oldu Bu gün qadın voleybolçular arasında Avropa çempionatının final mərhələsində Azərbaycan yığması ilk matçına çıxıb.

Belçika və Hollandiyanın birgə ev sahibliyi edəcəyi çempionatda komandamızın ilk rəqibi Türkiyə millisi olub.

Yığmamız rəqibinə müqavimət göstərə bilməyib. Hər üç setdə millimizə qalib gələn Türkiyə yığması oyundan 3:0 hesablı qələbə ilə ayrılıb.

Qeyd edək ki, qrupumuzun digər oyununda Belçika və Macarıstan yığmaları münasibətlərinə aydınlıq gətirəcək.

İnform.az

Baxış sayı: 300