Hadisə
26.09.2015 / 13:11

Dənizkənarı Milli Parkda intihara cəhd olub

Dənizkənarı Milli Parkda intihara cəhd olub Bakıda bir nəfər özünü dənizə ataraq intihara cəhd edib.
İnform.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Dövlət Sularda Xilasetmə Xidmətinə daxil olmuş məlumata əsasən Bakı şəhərinin Səbail rayonunda, dənizkənarı Milli Park ərazisində (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 2 km sola nəzarətsiz ərazidə) bir nəfər intihar etmək məqsədilə özünü dənizə atıb. Dərhal Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub. Həmin şəxs dalğıc-xilasedicilər tərəfindən xilas edilərək aidiyyəti üzrə təhvil verilib.

Baxış sayı: 244