Hadisə
26.09.2015 / 02:50

Şahzadə narkotikdən ölüb

Şahzadə narkotikdən ölüb Dubay şahzadəsinin ölüm səbəbi ilə bağlı yeni iddialar ortaya çıxıb. 33 yaşlı şahzadə Rəşid bin Məhəmməd Əl Məktumun narkotik maddədən öldüyü deyilir.
İllərdir idmanla məşğul olan Şeyx Rəşidin səhhətində heç bir problem olmayıb. Gənc şəhzadənin narkotik vasitələrdən istifadə etməsi ilə bağlı uzun müddət şayiələr gəzirmiş. Şahzadə ölümündən bir gün əvvəl dostları ilə birlikdə parti keçirib.

Şəhzadənin partidə normadan artıq narkotik vasitədən istifadə etdiyi üçün ürəktutmasından dünyasını dəyişdiyi bildirilir. O, Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) baş naziri, Dubayın əmiri şeyx Məhəmməd bin Rəşid Al Məktuma oğludur. Rəşidin atlara böyük marağı olub. O, elit çaparlardan ibarət bir neçə at tövlələrinə sahib olub.

Bir müddət qabaq onun qardaşı Həmdan Azərbaycana səfər etmişdi. Kiçik qardaşı Səid isə əslən azərbaycanlı olan Natalya Əliyeva ilə evlidir.

İnform.az

Baxış sayı: 409